Biznesinizi daha sadə, daha sürətli və daha nəzarətli idarə edin!
1InciERP — satış, anbar, təchizat sorğuları, alış sifarişləri, rəhbər təsdiqləri, ödənişlər və hesabatları bir platformada birləşdirən ERP həllidir.
Satış, anbar, təchizat və hesabatların vahid idarəetmə sistemi.
▤ Satış
▧ Anbar
♙ Müştərilər
▦ Məhsullar
📝 Təchizat
✓ Təsdiqlər
🚚 Alış sifarişləri
▥ Hesabatlar
Biznesə ümumi baxış
Əsas modullarımız
Gündəlik əməliyyatlarınızı bir sistemdə idarə edin.
Qeydiyyatdan müəllim ödənişinə — bir sistemdə
Şagirdləri, çoxfənnli qrupları, müəllimləri və dərs cədvəlini vahid məkanda idarə edin. 8 dərslik paketlər, aylıq ödənişlər və borclar ayrıca izlənir.
- Şagird və qrup qeydiyyatı
- Fənn üzrə ayrıca dərs və paket uçotu
- Müəllim haqqı və ödəniş statusları
Tədris idarəetməsi
Fənlər · Qruplar · Dərslər
Hər fənnin hesabı ayrıdır1InciERP haqqında
1InciERP satış, satınalma, təchizat, anbar, ödəniş və idarəetmə proseslərini vahid mühitdə birləşdirmək üçün hazırlanmaqda olan ERP platformasıdır. Məqsədimiz ayrı-ayrı cədvəllər və sənədlər arasında məlumat axtarmağa sərf olunan vaxtı azaltmaq, əməliyyatların izlənməsini asanlaşdırmaq və qərarvermə üçün aydın məlumat təqdim etməkdir.
Bir sistemdə tam iş axını
Əməkdaş təchizat sorğusu yaradır, məsul şəxs bir və ya bir neçə təchizatçıdan qiymət təklifi daxil edir, rəhbər bütün variantları müqayisə edərək təsdiqləyir və ya şərhlə düzəlişə qaytarır. Təsdiqlənmiş alış anbara qəbul edildikdə məhsul qalığı yenilənir və təchizatçıya borc qeydə alınır. Satış zamanı isə məhsullar anbardan çıxılır, seçilən ödəniş üsuluna əsasən müştəri borcu və daxilolmalar izlənir.
Şirkətinizə uyğun idarəetmə
Hər şirkət üçün ayrıca iş sahəsi, istifadəçi hesabları, rollar və modul icazələri nəzərdə tutulur. Administrator əməkdaşlara yalnız ehtiyac duyduqları bölmələrə giriş verə bilər. Sənədlərə baxış, təsdiq mərhələləri və hesabatlar əməliyyatların daha şəffaf izlənməsinə kömək edir.
Rəqəmlər üzərində nəzarət
Satış dövriyyəsi, ƏDV-li və ƏDV-siz məbləğlər, müştəri və təchizatçı borcları, ödənişlər, anbarın ilkin qalığı, daxilolma, məxaric və yekun qalıq kimi göstəricilər bir yerdə təqdim olunur. Qrafiklər və hesabatlar biznesin vəziyyətini daha rahat qiymətləndirməyə imkan verir.
1InciERP harada istifadə oluna bilər?
Market, aptek, anbar, mağaza və topdansatış biznesləri üçün vahid idarəetmə mühiti.
Həmçinin kosmetika, tikinti materialları və avtomobil ehtiyat hissələri mağazaları üçün uyğundur.
Avadanlıqlarla iş
Satış və anbar əməliyyatlarını daha rahat idarə edin.
Uyğun barkod skaneri ilə məhsul kodlarının oxudulması və məhsul axtarışının sürətləndirilməsi.
Kassa və fiskal aparatlarla inteqrasiya nəzərdə tutulur. Konkret cihaz və fiskal uyğunluq ayrıca təsdiqlənməlidir; hazır funksiya kimi təqdim edilmir.
Şəffaf qiymətlər
Fəaliyyətinizə uyğun paketi seçin. Tədris modulu ayrıca paketdir.
Biznes
Anbar, satış, təchizat və maliyyə uçotu
399.99 ₼ / il
✓ Anbar və məhsullar
✓ Satış və müştərilər
✓ Təchizat və alış
✓ Ödənişlər və borclar
✓ Biznes hesabatları
Tədris
Yalnız tədris modulu və tədris hesabatları
499.99 ₼ / il
✓ Şagirdlər, fənlər və qruplar
✓ Dərslər və davamiyyət
✓ Təhsil ödənişləri və borclar
✓ Müəllim haqları və xərclər
✓ Sınaq biletləri və tədris hesabatları
1InciERP ilə tanış ol
Şirkət hesabı yarat və ya mövcud hesabına daxil ol.
Şirkət qeydiyyatı
Şirkət növü fəaliyyət sahənizi göstərir. Modulları Super Admin təsdiq zamanı seçir.
Müraciət Super Admin təsdiqinə göndərilir. Telefon nömrəsi mütləqdir.
Hesaba giriş
Supabase Authentication hesabınla daxil ol.